Ulu Öndər Heydər Əliyevə həsr olunmuş idman tədbiri

Mayın 11-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə məktəbin idman zalında tədbir keçirilmişdir. Tədbirə Nizami Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Vasif İsayev və aparıcı məsləhətçi Tural İsmayılov dəvət olunmuşdular. İdman yarışında 4-cü sinif şagirdləri iştirak etmişdilər. Bu tədbirdə hər sinif fiziki məşqlərdən ibarət musiqili tamaşa təqdim etmişdir, eləcədə idman estafet yarışları keçirilmişdir. Qaliblər və müəllimləri Nizami rayon İcra Hakimiyyəti tərəfindən kubok və fəxri fərmanlarla təltif olunmuşdular.