Məktəbəhazırlıq 0 "B" sinif şagirdləri Fəxri xiyabanı ziyarət edib

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar məktəbin şəhid Seymur Hüseynoğlunun adını daşıyan məktəbəhazırlıq 0 "B" sinif şagirdləri sinif rəhbəri Təranə Muxtarovanın təşkilatçılığı ilə Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabanda olmuşlar. Ölməz liderin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin onların həyat yolunda mayak rolunu oynayacağından əminik.