İnformatika aylığı çərçivəsində 5 "B" sinfində nümunəvi dərs

Məktəbimizdə müntəzəm olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, eyni zamanda, şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırılması məqsədilə “Fənn aylıqları”keçirilir. İnformatika aylığı çərçivəsində fənn müəllimi Aysel Hüseynovanın iştirakı ilə 5 "B" sinfində şagirdlər qruplara bölünərək Şəbəkə və brauzerlər, komputer virusları, sosial şəbəkələr mövzularına divar qəzetləri və təqdimatlar hazırladılar, mövzu ilə əlaqədar maraqlı diskussiyalar etdilər.