Məktəbimizin 7 "C" sinif şagirdi Durmuş Ümməhan hündürlüyə tullanma növündə qızıl medala layiq görülmüşdür
5-6 may tarixində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Atletika üzrə Bakı Şəhər birinciliyi keçirilmişdir. Yarışda qüvvəsini sınayan məktəbimizin 7 "C" sinif şagirdi Durmuş Ümməhan hündürlüyə tullanma növündə qızıl medala layiq görülmüşdür. Onu yarışa məktəbimizin fiziki tərbiye müəllimi Baxşıyev Fariz hazırlamışdır. Şagirdimizi təbrik edir ve gələcək yarışlarda uğurlar arzu edirik