6ç sinfində sinif təşkilat saatı keçirilmişdir.

Sinif rəhbərlərinin apardığı çoxcəhətli tərbiyəvi işin ən mühümü və ən əsası olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsini təşkil etmək, fəaliyyətlərinə düzgün istiqamət vermək üçün çox fayadalı və gərəklidir. Belə bir tərbiyəvi iş üsulu ona görə çox vacibdir ki, bu vaxt şagird şəxsiyyətinin hərtərəfli və dinamik inkişafı üçün hər cür şərait yaranır. Əgər sinif rəhbəri möhkəm sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək, onları hər hansı bir işə səfərbər etmək, qarşıda duran problemləri, tərbiyəvi vəzifələri vaxtında və operativ həll etmək istəyirsə, onda sinif saatından məqsədəmüvafiq şəkildə istifadə etməlidir. Bu məqsədlə Vəfa Almazovanın iştirakı ilə 6ç sinfində sinif təşkilat saatı keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi