İngilis dili aylığı çərçivəsində 6 d sinfində " The giving tree" by Shel Silvestein mövzusunda açıq dərs keçirilmişdir.

Məktəbimizdə müntəzəm olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, eyni zamanda, şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırılması məqsədilə “Fənn aylıqları”keçirilir. İngilis dili aylığı çərçivəsində 6 d sinfində Lalə Rəcəbovanın iştirakı ilə " The giving tree" by Shel Silvestein mövzusunda açıq dərs keçirilmişdir. Dərs oyun formatında keçirilmişdir. Dərs zamanı viktorina, səhnə qurmaq, beyin həmləsi üsullarından istifadə edilmişdir.