251 nömrəli tam orta məktəbdə Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılıgı ilə "Şahin" Hərbi-İdman Oyununun ll mərhələsi keçirilmişdir.

11.04.2023-cü il tarixdə 251 nömrəli tam orta məktəbdə Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılıgı ilə "Şahin" Hərbi-İdman Oyununun ll mərhələsi /sıra hazırlıgı/ keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Nizami Rayon İcra Hakimiyyəti icimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Vasif İsayev çıxış edərək, yarış iştirakçılarına öz ürək sözlərini bildirdilər. Yarışda 23 komanda tərkibində 322 nəfər şagird iştirak edirdi. Komandalar çagırışaqədər hazırlıq rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin rəhbərliyi altında yarışın digər mərhələlərində oldugu kimi bu dəfə də yüksək hazırlıq nümayiş etdirdilər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda qalib və mükafata layiq görülmüş komandalar bu qayda ilə müəyyən olunmuşdurlar:
I yer-229 nömrəli tam orta məktəb
II yer- 220 nömrəli məktəb lisey
Ill yer-238 nömrəli tam orta məktəb
Yarışın baş hakimlər kollegiyası rayonun çagırışaqədərki hazırlıq rəhbərlərindən təşkil olunmuşdur. Qalib komanda rayonu yarışın Bakı şəhər zona yarışında təmsil edəcəkdir. Yarışda mütəşəkkil surətdə və əzmlə iştirak etmiş bütün məktəblərə və çagırışaqədərki hazırlıq rəhbərlərinə təşəkkür edirik