Məktəb psixoloqu Sevinc Qənbərlinin iştirakı ilə şagirdlərin imtahan həyəcanının aradan qaldırılması məqsədilə seminar keçirilmişdir.

"İmtahan zamanı həyəcan və stressin idarə olunması"

İmtahan həyəcanı şagirdlərdə həm psixoloji, həm də fizioloji əlamətlərlə özünü göstərir.Həmçinin öyrənilən materialların imtahan zamanı effektiv şəkildə istifadəsini əngəlləyən və uğur faizinin aşağı düşməsinə səbəb olan faktor kimi dəyərləndirilir.Hiss edilən orta səviyyədəki qayğı adamı daha motivə bir şəkildə işə təşviq edə bilər.Ancaq şagirdin qayğı səviyyəsi çox yüksək olsa,bu səbəbdən də həddindən artıq gərgin və narahatlıq hiss etsə,şagirdin gerçək potensialının ortaya çıxmasına mane olar.Bu halların baş verməməsi üçün məktəb psixoloqu Qənbərli Sevinc şagirdlərin imtahan həyəcanının aradan qaldırılması,stress vəziyyətinin idarə olunması məqsədilə seminar təşkil etdi.Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak etdi.Slayd nümayiş olundu,şagirdlərə düzgün nəfəs və vizuallaşdırma texnikaları ilə stress səviyyəsinin minimuma endirilməsi yolları öyrədildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi