İngilis dili aylığı çərçivəsində fənn müəllimi 3d sinfində nümunəvi dərs keçirilmişdir.
Məktəbimizdə müntəzəm olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, eyni zamanda, şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırılması məqsədilə “Fənn aylıqları”keçirilir. İngilis dili aylığı çərçivəsində fənn müəllimi Səidə Hüseynovanın iştirakı ilə 3d sinfində nümunəvi dərs keçirilmişdir. Dərs zamanı şagirdlir iş vərəqləri, rollu oyun və musiqi səsləndirdilər. Mövzu: Rock around the Town.