İngilis dili aylığı çərçivəsində 9- cü siniflərdə monitorinq keçirilmişdir.

Məktəbimizdə müntəzəm olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, eyni zamanda, şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırılması məqsədilə “Fənn aylıqları”keçirilir. İngilis dili aylığı çərçivəsində 9- cü siniflərdə fənn müəllimləri tərəfindən aprelin ilk həftəsi monitoring keçirilmişdir. Suallar imtahan modeli üzrə qurulmuşdur. İngilis dili biliyinin qiymətləndirilməsi məqsədi ilə fənn kurikulumunun “Dinləyib-anlama”, “Oxu” məzmun xəttinə aid alt standartların test tapşırıqları şagirdlərə təqdim olunmuşdur.