4 b sinif şagirdi Abbaszadə Yusif fəxri kürsünün ən yüksək mərtəbəsinə yüksəlmişdir.

03.04.2023 tarixində peşəkar İFFC döyüş liqasının keçirdiyi beynəlxalq turnirdə 43 kq çəki dərəcəsində məktəbimizin şəhid Seymur Hüseynoğlu adına 4 b sinif şagirdi Abbaszadə Yusif yüksək səviyyədə döyüşərək fəxri kürsünün ən yüksək mərtəbəsinə yüksəlmiş və MMA üzrə peşəkar kəməri qazanmışdır. Yusifin məşqçisi Azərbaycan Kyokushindo Təşkilatının prezidenti 3 cü dan qara kəmər sahibi 2 qat dünya çempionu Arif Nəzərov keçdiyi təlim məşqlərinə ciddi diqqət etdiyi üçün Yusif Abbaszadə daha da yüksək uğurlara imza atmaqdadır.Yusifi təbrik edir və idman karyerasında uğurlar diləyirik!