4 "B" sinfində “ İlk tibbi yardım ” mövzusunda dərs-tədbir keçirildi.

  4 "B" sinfində “ İlk tibbi yardım ” mövzusunda dərs-tədbir keçirildi. İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmadığı halda xəsarət alana dərhal ilk yardım göstərmələrinin əhəmiyyəti haqda tədbir iştirakçısı 251 nmrəli məktəbin həkimi Elnurə xanım və Təranə müəllim təqdimat etdi. Belə hallarda insanların özlərini itirmələrinin xəsarət alanın vəziyyətini bir qədər ağırlaşdırmasına səbəb olmasını vurğulayan Elnurə xanım həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını hər kəsin bilməsinin vacib olduğunu bildirdi. O, qeyd etdi ki, zərərçəkmişə aldığı travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardım göstərilməli (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.) və zərərçəkmiş ən qısa müddətdə yaxındakı müalicə müəssisəsinə çatdırılmalıdır.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi