“İdman həftəsi” layihəsi çərçivəsində 0b sinfində şagirdlər arasında yarış keçirilmişdir.

   28 fevral tarixində Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində 0b sinfində şagirdlər arasında yarış keçirilmişdir.Yarışda şagirdlər iki komandada Uğur və Zəfər komandası ilə çıxış etdilər.

Layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə iştirak edən direktor müavini Leyla Sadıqova idmanın əhəmiyyəti haqqında, fiziki aktiv olmağın sağlamlığa olan faydaları barədə şagirdlərə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi