27 fevral tarixində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.

27 fevral tarixində məktəbin akt zalında narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Bakı Şəhər Baş Polis Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisipolis polkovniki İbrahim İsmayılov, baş inspektor polis polkovnik leytenantı Kəmalə Ələkbərova, Veteranlar Şurasının sədri Emin Məmmədov, AQUPDK-nin əməkdaşı Həsən Əliyev iştirak edird i.Bakı Şəhər Baş Polis Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açaraq ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib.Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, tövsiyələr verilib.