Şagirdlərimiz Dinamik Yeni Atletika yarışında çıxış edərək fəxri kürsüyə qalxmağı bacarıb.

24-25 fevral tarixində Respublika Olimpiya Mərkəzində 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Dinamik Yeni Atletika adlı yarış keçirilmişdir. Yarışda bölgələr də daxil olmaqla 42 komanda və 84 idmançı mübarizə aparırdi. Məktəbimizin şagirdləri də bu yarışda öz qüvvəsini sınayıb. Belə ki, şagirdlərimiz ugurlu çıxış edərək fəxri kürsüyə qalxmağı bacarıb. Yarışın 1-ci günü tibbi topun atılması yarışında Əsədov Rəsul bürünc medal qazandırdı. Yarışın 2-ci günü isə şagirdlərimiz üçün daha uğurlu oldu. Durmuş Umməhan vortex atmada gümüş medal, Abdullayev Həsən uzunluğa tullanma ve vortex atmada gümüş medal qazandi. Ümumi yarışın yekun nəticəsinə görə məktəbimizin komandası Durmuş Umməhan və Əsədov Rəsul bürünc medala layiq görüldü. Şagirdlərimizi təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik.