Fizika fənnindən 9-cu sinif şagirdləri arasında breyn-ring keçirilmişdir.

Məktəbimizdə müntəzəm olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, eyni zamanda, şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırılması məqsədilə “Fənn aylıqları”keçirilir. Bu məqsədlə məktəbimizin fizika müəllimi Elmira Allazova 9-cu sinif şagirdləri arasında breyn-ring keçirmişdir. 9d sinfinin komandası qalib gəlmişdir. Şagirdləri təbrik edirik.