“Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları ” mövzusunda maarifləndirici tədbir keçirilib.

   16 dekabr tarixində məktəbimizdə Nizami rayon Polis İdarəsinin təşəbbüsü ilə “Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları ” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbir açıq elan edildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu 1 dəqiqlik sükutla yad edildi. Məktəbin direktoru Elçin Abdullayev qonaqları təqdim edərək, məktəblilər arasında profilaktik işlərin güclədirilməsində dəstəyə görə kollektiv adından polis əməkdaşlarına təşəkkürünü bildirdi.Tədbirdə Nizami rayon 24-cü Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı Seymur Qarayev, Narkotiklərlə Mübarizə Bölməsinin inspektoru Mehman Həsənov, polis baş leytenantı Xədicə Hüseynova, RPİ-nin Veteranlar Şurasının sədri Nazim Qnyazov və katibi Fərhad Bağırov iştirak edirdilər.

Tədbirdə Narkomaniya və digər zərərli vərdişlərin insan orqanizmi üçün yaratdığı fəsadlardan geniş söhbət açılmış, bu kimi məsələlərin insan sağlamlığına mənfi təsirləri qeyd edilmiş, şagirdləri neqativ əməllərdən çəkindirilməsi, təhsilə, elmə, idmana olan maraqlarının artırılması və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsi, vətənpərvər ruhda böyüməsi baxımından olduqca əhəmiyyətli məlumatlar verilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi