" Zərərli vərdişlərə birlikdə yox deyək " layihəsinin keçirilməsi məqsədilə dəyirmi masa keçirilmişdir.

Şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə olan marağını artırmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-305 nömrəli əmrinə əsasən " Zərərli vərdişlərə birlikdə yox deyək " layihəsinin keçirilməsi məqsədilə məktəbimizin biologiya müəllimi Nailə Həsənova tərəfindən 8a sinfində dəyirmi masa keçirilmişdir. Şagirdlər zərərli vərdişlər və onların yaratdığı fəsadlar barədə danışdılar. Sonda şagirdlərin hazırladığı video çarx nümayiş olundu.