" Zərərli vərdişlərə birlikdə yox deyək " layihəsinin keçirilməsi məqsədilə seminar keçirilmişdir.

Şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə olan marağını artırmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-305 nömrəli əmrinə əsasən " Zərərli vərdişlərə birlikdə yox deyək " layihəsinin keçirilməsi məqsədilə məktəbimizin psixoloqu Sevinc Qənbərli tərəfindən maarifləndirici seminar keçirilmişdir. Seminarda şagirdlər narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırıldı. Həmçinin real örnəklərdən, və onların həyatındakı dəyişikliklərdən bəhs olundu.Yeniyetmə və gənclərdə elmə,təhsilə marağın artırılması istiqamətində söhbət davam etdirildi. Sonda şagirdlərin fikir və təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.