”Biliyini paylaş”layihəsi çərçivəsində həyata keçirilən “Balaca müxbir” müsabiqəsinin final günü təşkil olundu.

    30 dekabr 2022-ci il İbtidai sinif müəllimi Təranə Muxtarovanın təşkil etdiyi Bakı şəhəri üzrə Təhsil idarəsinin”Biliyini paylaş”layihəsi çərçivəsində həyata keçirilən “Balaca müxbir” müsabiqəsinin final günü təşkil olundu. Görüşdə məktəbin direktor müavini Şəbnəm xanım, psixoloq Sevinc xanım, ədəbiyyat müəllimləri Vəfa Almazova, Təranə Mediyeva 4b sinfinin adını daşıdığı Seymur Hüseyn oğlunun ailə üzvləri, məktəbin ibtidai sinif və fənn müəllimləri iştirak edirdi.

Tədbir açıq elan edilərək əvvəlcə şəhidlərin xatirəsi ehtiramla yad edilib, hörmətlə anılıb.Şagirdlərin çıxışları ilə davam edən tədbir finala vəsiqə qazanan video təqdimatların izlənməsi ilə davam edib.Daha sonra münsiflər heyəti izlədikləri videoları qiymətləndirərək 1-ci yerin qalibi Elif Sarayeva, 2-ci yerin qalibi Ayxan Oruczadə və 3- cü yerin qalibi Əli Hacıyevin adını elan etdilər.Tədbirin sonunda qonaqlar çıxış edərək 4b ailəsinə uğurlar dilədilər. Tədbiri 4 b sinfi Həmrəylik mahnısı ilə yekunlaşdıraraq Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi.

Tədbirdən sonra məktəb rəhbəri Elçin Abdullayev şəhid ailəsinin üzvləri ilə görüşdü. Görüş zamanı Elçin müəllim şəhidin ailə üzvlərinə başsağlığı verib, onlara Allahdan səbr diləyib. Bildirib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq. O, vətən uğrunda canından keçən oğullarımızın təkcə onların deyil, hər kəsin övladı olduğunu xüsusilə vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi