İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının rayon mərhələsində şagirdlərimiz yarımfinala keçiblər.

24 dekabr 2022-ci il tarixinde informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi təşkil olunmuşdur. Hər bir sinif üçün olimpiadanın birinci turunun müddəti 2 saat təşkil etmiş və istifadəçilərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunmuşdur. Onlar tərəfində C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər qəbul olunmuşdur. Yarış müddətində istifadəçilər tərəfindən 8-ci siniflər üzrə 1916 həll, 9-cu siniflər üzrə 1745 həll, 10-cu siniflər üzrə 1722 həll, 11-ci siniflər üzrə 1508 həll olmaqla ümumilikdə 6891 həll təqdim olunmuşdur. Məktəbimizin 8-ci sinif şagirdi Həsənli Xəzər, Həmidova Yeganə, 9-cu sinif şagirdi Ağazadə Toğrul ,Məsimov Sübhan yüksək nəticə toplayaraq yarımfinala keçiblər.Bu münasibətlə şagirdlərimizi və informatika müəllimi Natəvan Novruzəliyevanı və Ulduz Abdullazadəni təbrik edir, naliyyətlərinin davamlı olmasını arzu edirik!