4b sinfində “Balaca müxbir”layihəsinə start verildi.

   Bakı şəhəri üzrə Təhsil idarəsinin”Biliyini paylaş”layihəsi çərçivəsində Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi,layihə mentoru Firdanə Məmmədovanın İBTİDAİ SİNİFLƏRDƏ LAYİHƏ ƏSASLI ÖYRƏNMƏDƏN HƏYATİ BACARIQLARA DOĞRU layihəsinin komandasına məktəbimizin ibtidai sinif müəllimi Təranə Muxtarova da daxil olmuşdur. Təranə müəllim layihəyə start verilən gündən bir neçə seminarda iştirak etmişdir.22.12.2022- ci il tarixində isə Məmmədova Firdanə müəllim məktəbimizin qonağı oldu.Görüşdə direktor müavini Leyla Sadıqova da iştirak edirdi.Dərs zamanı Təranə Muxtarova bildirdi ki, Azərbaycan dili fənnində “Əməksevərlik” bölməsini bitirdilər.Bir-birindən maraqlı mövzuları öyrənməklə şagirdlər dərindən başa düşdülər ki,əmək insanı həm ucaldır,həm də inkişaf etdirir.Belə insanlara ətrafdakı insanlar həmişə hörmət və pərəstiş edir.Hər kəs əməyi ilə cəmiyyətin və Vətənin inkişafına öz tövhəsini bəxş etməlidir. Şagirdlər bu mövzuları keçməklə başa düşdülər ki, hər hansı peşənin sahibi olmaq insandan peşəkarlıq tələb edir. Şagirdlər “Balaca müxbir”layihəsinə start verərək işinin əsl peşəkarı olan insanların axtarışına çıxdılar.

Görüş zamanı şagirdlərin bir neçəsinin müsahibəsi izləndi. Şagirdlərli dinləyən Firdanə müəllim bu layihənin şagirdlərə qazandırdığı bacarıqlardan danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi