6d sinfində Scale mövzusunda layihələr təqdim olundu.

Riyaziyyat müəllimi Quliyeva-Seyidzadə Gülnarənin rəhbərliyi ilə 6d sinfində Scale mövzusunda layihələr təqdim olundu. Uşaqlar öz otaqlarının və ya arzu etdikləri otaqların kiçildilmiş ölçüdə maketlərini düzəldib nümayiş etdirdilər. Layihələr fərqli idi. Bəzi uşaqlar kağız üzərində rəsmlər çəkdi, digərləri kartondan otaqları və evi yapışdırdı. Lakin uşaqların əksəriyyəti STEAM dərslərində oxuduqları Tinkercard proqramında hazırlanmış modelləri təqdim etdilər. Layihə uşaqlar üçün maraqlı oldu və onlar bunu məmnuniyyətlə etdilər. Bəlkə də bu uşaqlardan bəziləri üçün bu layihə gələcəkdə memar və ya dizayner peşəsi üçün başlanğıc olacaq.