Məktəbimizin bir qrup şagirdi Coding və Math kateqoriyası üzrə yarışa qatılmışlar.

Bu il Almaniyada keçiriləcək Beynəlxalq STEM olimpiadasına 103 ölkənin, 1200 məktəbin, 11000 şagirdin qoşulduğu yarışa məktəbimizin bir qrup şagirdi Coding və Math kateqoriyası üzrə qatılmışlar. Yarış zamanı şagirdlərimiz cəmiyyətə fayda verəcək layihələr hazırlayıblar. Layihənin əsas hədəfi şagirdlərin problem həll etmək, iştirakları zamanı tətbiq edərək öyrənmək və əldə etdiklərini təqdim etməkdir. Nəticədə şagirdlər yarım finala keçərək beynəlxalq sertifikatla təltif olunmuşlar. Bu münasibətlə məktəbimizin direktoru Elçin Abdullayev və informatika müəllimi Natəvan Novruzəliyeva adları aşağıda qeyd edilən şagirdləri təbrik edib, ürək sözlərini demişlər.
Ramiz Hacıyev
Turan Muradov
Rəsul Məmmədov
Lamiyə Bayramova
Səlim Seyidli
Süleyman Şıxıyev
Cefer Fərcli
Hüseyn Ağazadə