0b sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilmişdir.

Dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar 0b sinfində tədbir keçirilib. Tədbirdən öncə şagirdlər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri sinif müəllimi Təranə Muxtarova açaraq dekabrın 12-nin xalqımızın ümummilli lideri, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu öndər Heydər Əliyevin anım günü olduğunu və Ulu öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını vurğulayıb.Sonra körpə fidanlar Ulu öndər Heydər Əliyevə, vətənə, bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib.