4c sinfində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş tədbir keçirilmişdir.

    12 dekabr -  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Bu gün 4c sinif rəhbəri Yeganə Nağıyeva və kitabxana müdiri Samirə Hüseynovanın iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin "Anım Günü"-nə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Sadıqova çıxış edərək Ulu Öndərin danılmaz siyasətindən və xalqın bu günkü rifahı üçün etdiklərindən bəhs etdi. Şagirdlər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, müdrik kəlamlarından sitatlar səsləndiriblər. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi