4b sinfi Ulu Öndər Heydər Əliyevi yad etdi

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Anım günü ilə bağlı 4b sinfində dərs tədbir keçirildi. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edildi. Tədbirdə Heydər Əliyevin həyat yolu ilə bağlı videofraqmentlər göstərildi. Sinif rəhbəri Təranə Muxtarova çıxış edərək bildirdi ki, xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım gününü böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Daha sonra şagirdlərin Storyjumper proqramında hazırladığı Ulu Öndərin müdrik kəlamlarından bəhs edən elektron kitabın təqdimatı keçirildi.