Sport For Development

TOPs metodologiyası ilə şagirdlərin fiziki göstəricilərinin artırılması naminə növbəti təlimlər baş tutub. Layihə müddətində müəllimlər ilə birgə praktiki fəaliyyətlər həyata keçirilib, yeni tədris metodları izah olunub.
Təlimlər zamanı ibtidai siniflərdə fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb və müəllimlərə metodik tədris kartları təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik dərs planlaşdırmanı əvəz edərək tədrisdə daha yaxşı nəticələrin əldə edilməsinə hesablanıb.
TOPs proqramı - #fizikitərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılması layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi , British Council Azerbaijan və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası -nın birgə iştirakı və dəstəyi ilə 2014-2015-ci tədris ilindən həyata keçirilir.