"Spid xəstəliyi və ondan qorunmaq yolları"

Hər il dekabr ayının 1-i Ümumdünya AİDS günü kimi qeyd edilir. Məktəbimizin biologiya müəllimi Səfərova Günel 8-ci sinif şagirdləri ilə "Spid xəstəliyi və ondan qorunmaq yolları" haqqında tədbir təşkil etmişdir. HİV infeksiyası pandemiyası dünya səhiyyəsiin infeksion xəstəliklər sahəsində ən ciddi problemdir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur. 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33.2 milyon təşkil etmişdir ki, onlardan da 15.4 milyon qadın, 2.5 milyonu isə uşaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi