" Xarıbülbül qoxulu Zəfər Günü" adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.

8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günüdür!
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-300 №li əmrinə əsasən Zəfər gününə həsr olunmuş " Xarıbülbül qoxulu Zəfər Günü" adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.Şagirdlər hazırladıqları Şeirlər ,müsiqi və rəqsləri ilə çıxış etdilər.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!