Məktəbimizin 3 C sinif şagirdləri XTD-nin baş şavuşu Şəhid Eyniyev Tərlanı ziyarət etmişlər.

Canını, qanını bu torpağa qurban verən oğullardan biri də XTD-nin baş çavuşu Şəhid Eyniyev Tərlan Gölişad oğludu.

Geridə buraxdıqlarını, sevdiklərini düşünmədən öncə “Vətən” deyən möhtəşəm insanlardı Şəhidlər.Məktəbin müəllim və şagird kollektivi 4.11.2022-ci il tarixdə XTD-nin baş şavuşu Şəhid Eyniyev Tərlan Gölişad oğlunu ziyarət etmişlər.Şagirdlər şəhidin ev-muzeyi ilə tanış olmuş, xatirə kitabına ürək sözlərini qeyd etmişlər.
Şəhidin anası Əzizə xanım rəhmətlik övladı haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Məktəblilər Şəhidin məzarını ziyarət etmiş, rəhmətlik Tərlan kimi cəsarətli, mərd olmağa söz vermişlər. Sonda xatirə şəkilləri çəkilmişdir.
Allah rəhmət eləsin. Allah ailəsinə, əzizlərinə səbr versin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi