7 d və 7 g sinif şagirdləri tərəfindən quşlar üçün yuvalar düzəldilmiş və məktəbin həyətyanı sahəsində ağaclara asılmışdır.
Təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 №-li əmri ilə təsdiq edilmiş "Təbiəti qoruyanlar"adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbin biologiya müəllimi Afət Cəfərovanın iştirakı ilə 7 d və 7 g sinif şagirdləri tərəfindən quşlar üçün yuvalar düzəldilmiş və məktəbin həyətyanı sahəsində ağaclara asılmışdır. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə təbiətə və əməyə sevginin artırılması, quşlara, heyvanlara düzgün münasibətin formalaşdırılmasından ibarətdir.