“27 sentyabr Anım Günü ilə bağlı Tədbirlər Planı”na əsasən 4 b sinfində dərs-tədbir təşkil edildi

Bu gün Bakı Şəhər Təhsil İdarəsinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü ilə bağlı Tədbirlər Planı”na əsasən 4 b sinfində Təranə Muxtarova dərs-tədbir təşkil etdi.

Tədbirdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verilib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb. Tədbirdə Təranə müəllime Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğunu qeyd etdi.

Tədbirdə Vətən Müharibəsində qəhrəmanlıq göstərən mübariz, polad iradəli “Qumbara Tərlan”ı Tərlan Həsənov iştirak edərək öz döyüş xatirələrindən bir neçə yadda qalan hadisələri şagirdlərə danışdı.

Tədbirdə iştirak edən məktəbin direktoru Leyla xanım Sadıqova çıxış edərək bildirdi ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Tərbiyə işləri üzrə direktor müavini Şəbnəm xanım Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacağını qeyd etdi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi