4 D sinif şagirdlərinin iştirakı ilə Şuşaya həsr olunmuş tədbir keçirilmişdir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2 İyun tarixində 4 D sinif şagirdlərinin iştirakı ilə buraxılış tədbiri bizim hamımızın həssas nöqtəmiz olan Şuşaya həsr edilmişdir.Tedbir ruhən daim yanımızda olan ulu öndərimiz Heydər Əliyevin səsi ve himn ile başladı.Sonra Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlər hazırladıqları rəqslər, mahnılar və şeirlərlə çıxış etdilər. Sonda 4 D sinfində təhsil alan şagirdlərimiz diplomla təltif olundu ve onlar da öz növbəsində simvolik xarakter daşıyan açarı məktəbəqədər sinfə yeni qədəm qoyacaq körpələrimizə təhvil verdilər.