" 1 İyun Uşaqların Müdafiəsi Günü Şuşada " adlı tədbir keçirilmişdir.

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Məktəbimizin 1 c sinif rəhbəri Sunar Seyidovanın iştirakı ilə " Uşaqların Müdafiəsi Günü Şuşada " adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün xanım Əzizova şagirdləri təbrik etdi.Tədbirdə şagirdlərin hazırladıqları rəqslər, mahnılar, səhnəciklər tədbiri rəngarəng etdi.Əziz uşaqlar üzünüzdən sevinc əskik olmasın.Sizə aydın səma, parlaq günəş və bol-bol sevinc arzulayırıq.