3 c sinfi Qobustan Milli Tarixi-Bədii Qoruğunda ekskursiyada oldular.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 №-li əmri ilə təsdiq edilmiş "Təbiəti qoruyanlar"adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən 3 c sinfi Yeganə Nağıyevanın iştirakı ilə 20 may tarixində Qobustan Milli Tarixi-Bədii Qoruğunda ekskursiyada oldular.Şagirdlər Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, ov, qayaüstü döyüş və rəqs səhnələri ilə tanış olublar.
Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaq və məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaqdan ibarətdir.