7 d sinif sagirdləri Zooloji Muzeydə olublar.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda biomüxtəlifliyin öyrənilməsi, qorunub saxlanılması ve təbliği məqsədi ilə yaradılan Zooloji Muzey bu gün məktəblilərin ən çox üz tutduğu məkanlardandır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 №-li əmri ilə təsdiq edilmiş "Təbiəti qoruyanlar"adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən şəhid Rafiq Heydərov adına 7 d sinif sagirdləri biologiya müəllimi Günel Səfərovanın təşəbbüsü ilə həmin muzeydə olmuşdurlar.Məktəblilər bəzi onurğasız heyvanlar, həmçinin balıqlar, sürünənlər, quşlar haqqında muzey əməkdaşları tərəfindən məlumatlandırılmışlar.
Sonra şagirdlər Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində olmuşdurlar.Onlar zəngin təbiət sərvətləri ile tanış olmus, 20 minədək təqdim edilmiş nümunələri maraqla izləmişlər.
Daha sonra məktəblilər Bakı Zooloji Parkında olmuşdurlar. ilk olaraq usaqlar zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olmus, onların davranışlarını böyük maraqla izləmişlər.
Usaqlarda kiçik yaşlardan təbiətə sevgi ve qayğı hissini formalaşdırmaq məqsədi ilə onlara canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.