3 b sinif şagirdlərinin sevə- sevə düzəltdikləri əlfəcinlər poçt vasitəsilə Samux rayon Qarabağlar kəndinin məktəblilərinə hədiyyə olaraq göndərildi.

   3 b sinfində Təranə Muxtarovanın təşkil etdiyi tədbirdə 2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü” başlıqlı sərgi və sərgidə yer alan maraqlı uşaq ədəbiyyatları və bu günün tarixi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsi məşhur danimarkalı nağılçı Hans Kristian Andersenin 1805-ci il aprelin 2-də anadan olması ilə bağlıdır. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.

Tədbir zamanı məktəblilər müxtəlif müəlliflərin kitabları haqqında yazılan “Özümüz oxuyarıq”, “Dostum”, “Küsən kitab”, “Kitab” adlı şeiri söyləyiblər.

Həmçinin balaca məktəblilərin çəkdikləri kitab rəsmləri və hazırladıqları əlfəcinlər nümayiş olunub. Şagirdlərin sevə- sevə düzəltdikləri əlfəcinlər poçt vasitəsilə Samux rayon Qarabağlar kəndinin məktəblilərinə hədiyyə olaraq göndərildi. Məktəblilərin kitab haqqında oxuduqları mahnı tədbirə xüsusi gözəllik qatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi