“Reproduktiv sağlamlıq” mövzusunda seminar keçirilmişdir.

Aprelin 4-də məktəbin akt zalında VI-cı sinif qız şagirdləri üçün “Reproduktiv sağlamlıq” mövzusunda seminar keçirilmişdir. Reproduktiv sağlamlıqla bağlı həmin maarifləndirmə semınarı məktəbin biologiya müəllimi Nailə Həsənovanın iştirakı ilə keçirilmişdir.Seminarın məqsədi özünə və başqalarına hörmət edən, situasiyanı və şəxsi davranışını təhlil və idarə edən, öz sağlamlığı üçün məsuliyyət daşıyan inamlı şəxsiyyətin formalaşmasına kömək
etməkdir.