"İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda dəyirmi masa keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "İrəvan Müəllimlər Seminariyasının 140 illliyinin qeyd edilməsi haqqında" 29 dekabr 2021-ci il tarixli 3094 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən məktəbimizin tarix müəllimi Alıxan Qasımovun iştirakı ilə 8-ci sinifdə "İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda dəyirmi masa keçirilmişdir.Şagirdlərə İrəvan Müəllimlər Seminariyasının fəaliyyətindən bəhs edilmişdir.