Novruz bayramı münasibətilə məktəbin kitabxanasında tədbir keçirildi.

Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigardır.Azərbaycan xalqının milli ruhunu və yaddaşını,onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.Novruz bayramı münasibətilə 251 nömrəli məktəbin kitabxanasında tədbir keçirildi.Tədbirdə məktəbimizin 5 y və 1 g sinifinin şagirdləri iştirak etdilər.