7 a sinif şagirdləri 12 mart tarixində şəhid qardaşların ailəsini ziyarət ediblər.

Vətən sevgisi - öz həyatını şəxsi mənafeyini xalq, millət, torpaq yolunda qurban verməyə qadir olan milli-mənəvi dəyərdir.
İman və Bəhram Məmmədov qardaşları İkinci Qarabağ müharibəsində adlarından ən çox söz edilən qəhrəmanlarımızdandır.Əkiz olmasalar da, qardaşlar hərbi xidmətə də eyni gündə gediblər, eyni hissədə xidmət ediblər, eyni gündə də şəhid olublar.
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini uca tutmaq, yaşatmaq, doğmalarına yüksək diqqət göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Məktəbimizin 7 a sinif şagirdləri 12 mart tarixində şəhid qardaşların ailəsini ziyarət ediblər.