1 c sinfinin şagirdləri Ana dilinə olan sevgilərini öz təqdimatlarında göstərdilər.

Ana dilimiz həm də milli məfkurəmizin, şüurumuzun və milli-mədəni dəyərlərimizin yaşamasını və inkişafını təmin edən qüdrətli bir vasitədir. Hər bir azərbaycanlı öz ana dilini sevir və onun dövlət dili kimi işlənməsindən böyük fəxarət hissi keçirir. Dilə məhəbbət həm də doğma vətənə, xalqa məhəbbətin, bağlılığın təzahürüdür. Bu mənada dilə sevgi eyni zamanda vətənpərvərlik duyğusunun təcəssümüdür.
Bu gün şagirdlərdə dilimizə hörmət, nitq mədəniyyətinin aşılanması, özünü ifadə edə bilmək qabiliyyətinin inkişaf etdirilməsi ixtisasından asılı olmayaraq bütün müəllimlər üçün həm başlıca vəzifə, həm də şərəf işi olmalıdır. Lakin bu işdə əsas ağırlıq ibtidai sinif və Azərbaycan dili-ədəbiyyat müəllimlərinin üzərinə düşür.
Bu gün 1 c sinfinin şagirdləri Ana dilinə olan sevgilərini öz təqdimatlarında göstərdilər.