Fəaliyyət Planına əsasən 3 b sinfində peşələrlə bağlı rollu oyunlar hazırlanmışdır.

Peşə seçimi hər bir insanın həyatında verdiyi vacib qərarlardan biridir. “Mən bu peşəni seçirəm” deməklə əslində o, öz gələcək həyat leytmotivini müəyyənləşdirir. Çünki onun gələcəkdə həyatda tutacağımövqe, karyerası, gəliri və s. bu seçimlə bağlıdır
Məktəb illəri şagirdlərin peşə seçimi üçün vacib dövr hesab edilir. Onlar bu dövrdə seçdikləri peşə haqqında qərar verirlər.Kiçik məktəblilər nə qədər çox peşə ilə tanış olsalar və onlar haqqında
müəyyən məlumatlara yiyələnsələr gələcək peşəseçmə işi də bir o qədər düzgün və şüurlu olar.olar. Həyatda çox belə faktlara rast gəlmək olur ki, şagirdlərin ibtidai siniflərdə maraq göstərdikləri müəyyən bir peşə onların sonrakı həyat yoluna, peşə planına çevrilir və elə həmin peşəyə də bağlanırlar.
Bu məqsədlə Peşəyönümü xidmətinin təşkili üzrə məktəbin Fəaliyyət Planına əsasən
Bu məqsədlə Peşəyönümü xidmətinin təşkili üzrə məktəbin Fəaliyyət Planına əsasən 3 b sinfinin sinif rəhbəri Təranə Muxtarova şagirdlərdə peşəyə məhəbbət və hörmət hisslərinin aşılanması mövzusunda tədbir hazırladı.
Tədbirdə iştirak edən məktəb rəhbəri Aygün xanım Əzizova, dərs hissə müdirləri Leyla xanım, Ülviyyə xanım, Şəbnəm xanım şagirdlərə peşəyönümü işinin düzgün təşkilinin vacibliyini vurğuladılar.