“Narkomaniyaya YOX deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

18.02.2022-ci il tarixində məktəbimizdə Nizami rayon Polis İdarəsinin təşəbbüsü ilə “Narkomaniyaya YOX deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Rayon Polis İdarəsinin rəisi polis polkovniki Ziya Əliyev, rəis müavini polis polkovnik leytenantı Zaur İsayev, Azyaşlılarla iş şöbəsinin rəisi Natiq Yusifov, rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Elvin Əliyev, Nizami rayon Veteranlar Şurasınn üzvü Firdovsi Bayramov və Fərhad Bağırov, Azyaşlılarla iş şöbəsinin inspektoru polis baş leytenantı Xədicə Hüseynova iştirak edirdilər.
Çıxış edən Rayon Polis İdarəsinin rəisi polis polkovniki Ziya Əliyev müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs edərək, eləcə də narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə ətraflı məlumat verdi.
Həmçinin, Azyaşlılarla iş şöbəsinin inspektoru polis baş leytenantı Xədicə Hüseynova, Veteranlar Şurasınn üzvü Firdovsi Bayramov çıxış edərək gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verərək, sağlam həyat tərzinin üstünlüklərini onlara hərtərəfli çatdırdılar