3 d sinif şagirdləri müxtəlif peşə sahələri üzrə araşdırmalar apararaq təqdimatlarla çıxış etdilər.

İbtidai siniflərdə şagirdlərin təlim əməyini maraqlı şəkildə qurmaq tələb olunur. Şagirdlərin sonrakı illərdəki fəaliyyəti bu dövrdəki təlim-tərbiyə prosesinin düzgün təşkilindən həlledici dərəcədə asılı olduğundan onlarda təlimə ciddi münasibət və maraqlar tərbiyə etmək xüsusi əhəmiyyət kəsb edir. Belə münasibət onlarla
aparılan peşəyönümü işində də vacibdir.
Əməyə və peşəyə meyllilik ona hörmət və məhəbbətlə sıx bağlıdır. Bu baxımdan kiçik yaşlı məktəblilərlə aparılan peşəyönümü işinin mərkəzində məhz bu məsələ dayanmalı və şagirdlərin peşələr aləmi ilə daha tez tanış edilməsi ilə sıx bağlanmalıdır. Kiçik məktəblilər nə qədər çox peşə ilə tanış olsalar və onlar haqqında müəyyən məlumatlara yiyələnsələr gələcək peşəseçmə işi də bir o qədər düzgün və şüurlu olar.
Peşəyönümü xidmətinin təşkili üzrə məktəbin Fəaliyyət Planına əsasən 3 d sinif şagirdləri müxtəlif peşə sahələri üzrə araşdırmalar apararaq təqdimatlarla çıxış etdilər.