3 b sinifndə 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş dərs.

19.01.2022-ci il tarixində 3 b sinif rəhbəri Təranə Muxtarova 20 Yanvar şəhidlərinin anım günü dərs-tədbirini təşkil etdi.Tədbirdə məktəbin direktoru Aygün xanım Əzizova, direktor müavini Leyla Teymurova,kitabxana müdiri Samirə Hüseynova, direktor müavini Şəbnəm Quliyeva və Flora xanım iştirak etdi.Təranə Muxtarova çıxış edərək bildirdi ki, xalqımızın azadlığa gedən yolunun memarı 20 Yanvar şəhidləridir. Azərbaycanı müstəqil, suveren dövlət olaraq görmək istəyən vətən övladları sovet imperiyasına qarşı öz etirazlarını bildirmək məqsədilə əliyalın şəkildə tankların, silahlı əsgərlərin qarşısına çıxmaqdan çəkinmədilər. 20 Yanvar hadisəsi xalqımızın qəhrəmanlıq tarixinə ayrıca bir səhifə kimi yazılıb.
Tədbirdə iştirak edən şagirdlər öz əl işləri və çıxışları ilə şəhidlərimizi qürurla andıqlarını nümayiş etdirdilər.