3 b sinfində Ümummilli Lideri Heydər Əliyevin Anım Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilmişdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir. 3 b sinif rəhbəri T.Muxtarova Heydər Əliyevin anım günü ilə bağlı çıxış edərək, ölümü ilə ölümsüzlüyə qovuşan dünyasını dəyişdiyi 12 dekabr tarixini belə, xalqın birlik, bütövlük rəmzinə dönən Ulu Öndərimiz Azərbaycan xalqı var olduqca oıacaq, hər bir azərbaycanlının qürur mənbəyi olduğunu qeyd etdi.Şagirdlər öndərimizin Qarabağda əsgərlərimizin qarşısında çıxışını izlədilər.Bu gün öndərimizin ruhu şaddır, çünki cənab prezidentimiz İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad olunub. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılıb. Şagirdlər Ulu Öndər haqqında çıxış edərək müdrik kəlamlarından bəhs etdilər. Məktəbin direktoru Aygün xanım Əzizova şagirdlərə Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açdı. Şagirdlər Öndərin büstünün önünə qızılgüllər qoyaraq bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra şagirdlər məktəb kitabxanasında oldular.Burada kitabxananın müdiri Samirə Hüseynova və Flora xanım Heydər Əliyevin həyatından bəhs edən kitab, qəzet və jurnallarla tanış etdi.