Pedaqoji şuranın iclası keçirildi.

      21.09.2021-ci il tarixində məktəbin akt zalında fəliyyət planına uyğun olaraq növbəti Pedaqoji şura keçirilmişdir.Pedaqoji şura iclasında məktəbin direktoru Aygün Əzizova,tədris işləri üzrə direktor müavini Ülviyyə Nuriyeva,ibtidai sinif təlim- tərbiyə üzrə direktor müavini Leyla Sadıqova ,təsərufat işləri üzrə direktor müavini Əlixan Əsgərov,kitabxana müdiri və müəllimlər iştirak etdilər.

    İclası məktəbin direktoru Aygün Əzizova açıq elan etdi.İlk öncə II Qarabaağ müharibəsində canlarından keçmiş şəhidlərimizin və məktəbimizdə pedaqoji fəliyyətlə məşğul olan  vaxtsız aramızdan ayrılan müəllimlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.Sonra isə qarşıda duran məsələlər ilə bağlı müəllimlər məlumatlandırıldı.2021-2022 - ci tədris ilində IX-XI siniflərin buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin nəticələri barədə ətralı məlumat verildi.Nəticəsi zəif olan şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Pedaqoji heyət arasında imtahan verərək başqa məktəblər təyin olunmuş müəllimlərimizdə alqışlarla yola salındı.İclasda direktorla və direktor müavinləriy ilə yanaşı məktəbin kitabxana müdirinində çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi