Unudulmayacaq müəllim

Bugün eşitdiyimiz acı bir xəbər kollektivimizin hər bir üzvünü dərin kədərə qərq etdi. Məktəbimizdə uzun illər pedoqoji fəaliyyət göstərmiş, Riyaziyyat müəllimi – İradə xanım həyatla vidalaşdı. Gülər üzlü, peşəsinə vurğun, yüksək insani keyfiyyətlərə malik İradə xanımın yoxluğuna onu tanıyan heç kim inanmaq istəmir. Bəli, həyat dolu, inamı, inancı ilə mükəmməl bir ana, nənə, müəllim olan İradə xanım yaddaşlara xoş bir xatirə kimi köçdü. Məşhur bir misrada deyildiyi kimi,
“Nə qədər yaxşılar gəlsə dünyaya,
Yaxşılar gedəndə yeri boş qalır.”
Əziz İradə xanım, ruhunuz şad, məkanınız cənnət olsun!
Allah sevənlərinizə səbr versin!